UÇAN TAKSİLƏR DÖVRÜ BAŞLADI

Nəqliyyat sənayesi nqilab keçirir. Tezliklə tıxaclar keçmişdə qalacaq. Belə ki, Çin "EVTOL EHang EH 216" uçan taksi konseptini təqdim edib. Bununlada Çin dünyada pilotsuz uçan

taksiyə sertifikat verən ilk ölkə olub. Qeyd olunub ki, uçan taksi Çin tənzimləyiciləri tərəfindən kommersiya əsasında daxili bazarda sərnişin daşımaları üçün sertifikatlaşdırılıb. Taksi göyərtəsində iki sərnişinlə 130 km/saat sürətlə hərəkət edə bilir və təxminən 30 kilometr uçuş məsafəsinə malikdir. Yeni model ölkənin müxtəlif yerlərində qısamüddətli turizm marşrutlarında 40 minə yaxın uğurlu sınaq uçuşu həyata keçirib. Verilən bilgiyə görə, elektrik hava taksisi klassik mühərrikli hər hansı bir təyyarədən daha təhlükəsiz hesab olunur. Xatırladaq ki, "Reuters" agentliyinə müsahibəsində "Baykar" şirkətinin rəhbəri Səlçuk Bayraktar uçan taksilərlə bağlı açıqlama vermişdi. "Uzun müddətli hədəfimiz uçan taksi dronlarıdır. Hazırda bunun üzərində işləyirik. Bunun üçün süni intellektə əsaslanan daha yüksək səviyyəli avtonom texnologiya inkişaf etdirməliyik. Bu, şəhər nəqliyyatında inqilab edəcək", - deyə Bayraktar hədəflərindən danışmışdı.