TURİSTLƏRİN KƏND EVLƏRİNƏ MARAĞI GETDİKCƏ ARTIR

Payız fəsli gələn kimi turizm zonalarında turistlərin sayı azalmağa doğru gedir.İlin istənilən fəslində dincəlməyi sevənlərsə belə havalarda adətən kənd evləri ilə maraqlanırlar.

Paytaxta ən yaxın turizm məkanı Qubanın Turizm potensiallı ərazilərindən sayılan Küsnətqazma kəndində turistlərə təklif edilən kənd evlərinin sayı getdikcə artır.Əməkdaşlarımız kənddə olub ,evlərin vəziyyəti və qiymətlərlə maraqlanıblar. Paytaxt sakinlərinin istirahətlərini mənalı,asudə vaxtlarını səmərəli keçirmələri üçün üz tutduğu bölgələr sırasında Quba liderliyini qoruyur. Burada rayonda turistlərə icarəyə verilən kənd evləriin sayı da çoxdur. Quba Turizm mərkəzindən verilən məlumata görə,evlərin qiymətləri şəraitindən və otaq sayından asılı olaraq dəyişir. Həmçinin Qubanın ən ucqar və yüksək ərazidə yerləşən yaşayış məsgənlərindən olan Xınalıqda fərdi evlərdə də qonaq olmaq olar. Burada evlərin qiyməti isə adambaşına 25-30 manat arasında dəyişir. Bu qiymətə həmçinin 3 dəfə yemək də daxildir. Qubanın Qəçrəş və Küsnətqazma kəndində isə evlərin yalnız bir otağı qonaqlara təqdim edilir.Sahibinin də yaşadığı bu cür evlərdə turistlərə təklif edilən bir otağın qiyməti adambaşına 30-50 manat arasında dəyişir. Məlumat üçün bildirək ki, sadalanan kənd evlərində 10 yaşa qədər uşaqların qonaqlanması pulsuzdur. Bir qədər yuxarı yaş qrupundan olan uşaqların qonaqlama qiymətləri isə ev sahibi ilə danışıqdan aslıdır. Qeyd edək ki, Qubada kənd evləri ilə yanaşı villalar da turistlərə təklif edilir.Belə villaların bir günlük qiyməti isə 50-250 manat arasında dəyişir