TURİSTLƏR YENİ İLDƏ QUBAYA DAHA ÇOX AXIN EDİRLƏR
Baxış sayı: 654
Yeni il yaxınlaşdıqca daxili turizmə üz tutanların sayı da artıb. Pandemiya bayram günlərini xaricdə keçirmək istəyənlərin arzularını hələ ki ürəklərində qoyur. Yeni Omicron ştamı təhlükəsi əhalinin daha çox yerli imkanları dəyərləndirməyə vadar edib. Əhali daha çox Şimal bölgəsi və dağlıq rayonlarda dincəlməyi seçir. Quba-Qusar, Şamaxı-İsmayıllı, Qəbələ-Şəki zonalarında Yeni ili keçirməyə üstünlük daha çoxdur. Bu da Şimal bölgəsində yerləşən otellərdə qiymətlərin bahalaşmasına gətirib çıxarır.