TURİSTLƏRƏ ƏN DADLI QUTABLAR TƏKLİF OLUNUR

Qubanın Aşağı Atuc kəndindən gələrək bu ərazidə düz 7 ildir ki, qutab satır. O ,Ən dadlı qutabların elə burada satıldığını deyir. Onun qutabları xarici ölkələrə belə gedib çıxıb. Müsahibimiz bildirir ki, bu qazancla hətta 3 övladını oxutdurub.

Qəçrəş şəlaləsinin yaxınlığında isə bir qadın kiçik bir çətirin altında sac asıb qutab bişirir. Bizim bildiyimiz normal qutablardan 3 dəfə böyük olan kətələri 1 manat 50 qəpiyə satır. Deyir ki, ondan bir dəfə qutab alan, bir də alıb yeyir. Çünki bu kətələri Qubanın dağlarından yığdığı xüsusi göylərlə bişirir. İş yaxşı gedəndə günə 40 manat qazancı olur, ən pis olanda isə 10-15 manat. Deyir ki, əsasən həftənin şənbə və bazar günləri turist çox olur, dolayısı ilə müştəri də. Müsahibimizin sözlərinə görə , qutab sezonu yay aylarında daha çox olur. Qışda isə demək olar ki, alıcısı az olur