TULLANTILARA İKİNCİ HƏYAT VERƏN QUBA SAKİNİ

Kəmalə Hüseynovanın 30 –dan çox əl işi var. Sıradakı süjetimiz tullantılardan müxtəlif əl işləri hazırlayaraq onlara yeni nəfəs, yeni həyat verən quba sakini Kəmalə Hüseynova haqqında olacaq.

İbtidai sinif müəllimi, eləcə də musiqiçi, həm də tullantılardan sənət əsərləri yaradan qəhrəmanımızla əməkdaşımız Zeynəb Nadirovanın hazırladığı reportajla yaxından tanış olacağıq.Qəhrəmanımız Kəmalə Hüseynova 1984-cü ildə Quba rayonunun Birinci Nügədi kəndində dünyaya gəlib. O, 25 yaşından incəsənət sahəsi ilə məşğuldur. İxtisasca ibtidai sinif müəllimi olan Kəmalə Hüseynovanın ən sevimli məşğuliyyəti isə istifadədən sonra tullantıya çevrilən əşyalardan müxtəlif əl işləri hazırlamaq... Evinin bir otağını tamamilə əl işləri ilə bəzəyərək xüsusi bir guşə yaradıb. Tullantı məhsullarını geridönüşüm edərək onlara yeni həyat yeni nəfəs verən qəhrəmanımızın artıq 30-dan çox əl işi var. Əl işləri arasında ən diqqət çəkəni isə istifadə olunan kağız salfetlərdən gözəl güllər hazırlamasıdır.Təbiət vurğunu olan Kəmalə xanım gəzdiyi, gördüyü məkanları öz əl işlərində canlandırmağı sevir. Sevindirici haldır ki , bizdə xoş abu-hava yaradan bu suvenir-əl işləri artıq Quba şəhər Gənclər mərkəzində də, sərgilənir.. Ən böyük ölçülü və görünüşcə ən maraq çəkən əl işi isə quru yarpaqlardan və şam ağacının qozalarından hazırlanıb..müsahibimiz bu işlə məşğul olarkən ruhən dincəldiyini və öz fantaziyalarını əks etdirdiyini dilə gətirdi.O deyir ki, bu işdə əsasən təbii məhsullardan istifadə edir. Həmin məhsulların uzun müddət qalması üçün isə onları dondurur..İbtidadi sinif müəllimi olan Kəmalə hüseynova təkcə bu əl işləri ilə kifayətlənmir. Onun incəsənətə olan marağı pianoda da, öz əksini tapıb..Biz isə öz növbəmizdə tullantı kimi düşündüyünüz,lazımsız əşyaları canlandıran bu yaradıcı və duyğusal qəhrəmanımıza uğurlar arzulayırırq.