TORPAQ ŞƏHİD QANINA BOYANANDA MÜBARƏKLƏŞƏR 210 просмотров •25 сент. 2019 г.

Torpaq şəhid qanına boyananda mübarəkləşər,şəhid canını ağuşuna alanda müqəddəsləşər,Vətənləşər! Başı çox bəlalar görmüş Azərbaycanımız düçar olduğu

bütün çətinliklərə məhz fədakar övladlarının şücaəti sayəsində sinə gərib,qürurunu saxlaya bilib, başını həmişə dik tutub. Şəhid Ramin Şövkət oğlu Abdulrəhmanovun qaraca torpağa qovuşduğu gün, vətən torpağı şəhid qəhrəmanını ağuşuna aldığı an anamız Azərbaycan, yurd yerimiz Quba daha da şərafətləndi,məğrurlandı.Bu məğrurluq, bu vüqar düşmənin gözünə ox oldu, dostu sevindirdi. Ay-ulduzlu,üçrəngli bayrağımızın şöləsi altında şəhidi ilə vidalaşan qubalılar Raminin doğmalarının övlad,qardaş,dost itgisinə “başınız sağ olsun”söyləyib kədərləndi, “Şəhidlər ölməz vətən bölünməz” hayqırtısında dalğalanıb “Nə şərafət Vətən üçün can vermək” mübarəkliyiylə qürurlandı.Şəhidin atası Şövkət əmi övlad itgisinə qovruldusa da şəhid atası olmanın qürurunda şölələndi. Yaşadıqlarımızdan bilərik ki, Vətənin toxunulmazlığı, dövlətin müstəqilliyi yolu heç vaxt hamar və asan olmur. İstəməyərəkdən də olsa,savaşlardan, silahlardan ölüm püskürən tankların, topların və mərmilərin hədəfindən keçir. Türk dünyasının böyük şairi Hüseyn Cavidin təbirincə desək: Azadlıq öylə nazlı afət ki, tək vüqar, Qan tökülmədikcə üzə gülməz o işvəkar! Əslində qəhrəman şəhidi ilə vidalaşılan gün qubalılar üçün qürur və şərafət günü idi.Çünki bütün qəhrəmanlarımız kimi Ramində canını yurdu yaşatmaq üçün vermişdi. Onun da üçrəngli bayrağımızın hilalı yolunda fəda etdiyi qanı və canı torpağa tapşırdığımız müqəddəs əmanətlərimizdəndir. Həmin gün şəhidi ilə vidalaşmağa gələnlər elə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər ki... İtgi onları ağlatsa da, ürəklərini yeyib gözlərini göynətsə də, vüqarlarını daha da dikəltmişdi. Hamı qürurluydu ona görə ki,şəhidlərimizin qanı torpağa toxum kimi düşür və hər yerdən boy verib cücərir. Ölməyib şanlı şəhid olanlarımızdandır Ramin.Dəfn günü ona ehtirama toplaşanlara şəhidin duyulan pıçıltısıydıki Bu torpağın son qurbanı mən olsam, Öz odumda yanıb külə tən olsam, Eldən ötən güllələrlə dən olsam, Ata, millət, oğul, deyib ağlama! Ağlamağın yeri deyil, ağlama!