TOĞRUL ALLAHVERDİ: "QIŞQIRMAQDAN SƏSİMİZ BATIB, GENERAL VOLKOV İSƏ EŞİTMİR"
Baxış sayı: 403
Şaxtalı havaya baxmayaraq qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası hələ də davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Hal hazırda Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB- nin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdi hadisə yerindən son durumları Qafqaz TV ilə bölüşüb. Bəzi səbəblərdən Toğrul bəyin səsində problemlər yaranıb. Belə ki, onun səsi batıb. Buda əlbətdə ki, başadüşüləndir. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.