TEZLİKLƏ QURU SƏRHƏDLƏR AÇILACAQ ?

Turist axını ölkə iqtisadiyyatının və daxili bazarın inkişafında böyük rola malikdir. Gələn turistlərin sayının daha çox olması, pandemiya dövründə bu sahədə itirdiklərimizi bərpa edə bilər. Ekspertlərin fikrincə pandemiya səbəbindən tənəzzülə uğrayan turizm sektorunu dirçəltmək üçün quru sərhədlərin açılması çox vacibdir. Quru sərhədlərin açılması qonşu ölkələrdən gələn turistlərin sayında ciddi artıma səbəb olacaq. Ekspertlərin sözlərinə görə şərtləri asanlaşdırmaq və maraqları təmin etmək, ölkəyə daha çox turist cəlb etmək üçün vacib amillərdir.