TEZLİKLƏ QUBANIN BÜTÜN BƏLƏDİYYƏLƏRİNƏ ELEKTRON XƏRİTƏLƏR VERİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Tüləkəran kənd inzibati ərazi dairəsinin Möhüc kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş İsayev Ceyhun Rüstəm oğlunun Gültəpə kəndində yaradılmış xatirə bulağı və Möhüc kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olub.