TERROR- ZƏİFLƏRİN “GÜC” GÖSTƏRİSİ

13 noyabr 2022-ci il, saat 16:13. İstanbulun Bəyoğlu rayonunun İstiqlaliyyət küçəsi. İnsanların İstanbulda həftə sonlarını sevərək keçirdikləri məkan. Terrorçulrın da öz çirkin əməllərini gerçəkləşdirmək üçün seçdikləri məkan. Kimdi bu terrorçular? Terrorçular o kəslərdir ki, hansı adda birlik halına gəlmələrinə baxmayaraq öz siyasi, iqtisadi, dini, idealoji baxımından gücsüzlüklərini hiss etdikdə zorakılıq və qeyri insani əməllərə əl ataraq sadə insanlar arasında çaxnaşma yaradırlar. Və bu dəfə belə iyrənc terror aktını Türkiyədə gerçəkləşdirən PKK terrorçuları oldu.