TEHRAN-TƏBRIZ AVİAREYSİNDƏ SƏRNİŞİNLƏR TÜRK DİLİNDƏ QARŞILANDI
Baxış sayı: 129
Güney Azərbaycanın "Ata" aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldiniz" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.Bu barədə "Azad İran" bilgi yayıb.
Məhəmmədrza Zunuzi, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib: "Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, yəni Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?" – deyə Zunuzi əlavə edib. Qeyd edək ki, bir neçə gün öncə panfars sosial media fəalı Əmir Seyidin X hesabında paylaşım edərək, "xoş gəldin" ifadəsinə etiraz edib.