TAXTAKÖRPÜ SU ANBARINA MEDİA-TUR TƏŞKİL EDİLİB

5 İyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Taxtakörpü su anbarına media-tur təşkil olunub. Şabranda yerləşən Taxtakörpü su anbarına media tur təşkil edilib. Media-turda iştirak edən 20-yə yaxın media qurumunun təmsilçisi ölkədə mövcud olan ən mühüm hidrotexniki qurğulardan biri olan Taxtakörpü su anbarının əhəmiyyəti, texniki göstəriciləri və iş fəaliyyəti haqqında məlumatlandıırlıb. Vurğulanıb ki, son illər Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub.