TAXTA MƏHSULLARININ İSTEHSALINDA YENİLİK

Misirdə ekoloji məqsədlə düyü samanından taxta məhsulları istehsal olunacaq. Bu məqsədlə Misirdə yeni müəssisə açılıb.

Misir hökumətinin tikintisinə 228 milyon dollar vəsait ayırdığı müəssisə Nil çayının deltasında yerləşən Beheyra əyalətində yerləşəcək. Burada mebel sənayesində istifadə olunacaq 205 min kvadratmetr orta sıxlıqlı lif lövhələri istehsal olunacaq. Fabrikin avadanlığı Almaniyanın “Siempelkamp” mühəndislik şirkəti tərəfindən quraşdırılacaq. Alman firması müəssisənin tikintisində də iştirak edəcək. Fabrikin tikintisi barədə kontrakt Qahirədə keçirilən beynəlxalq enerji konfransı çərçivəsində Misirin dövlət “Petrojet”, Almaniyanın “Siempelkamp” şirkətləri və WOTECH texnologiya firması arasında imzalanıb. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının tullantılarının təkrar emalı ifrat hava çirkliliyi olan Misirdə hökumətin diqqət mərkəzindədir.