TARİXİN QONDARMA YALANI: ”ERMƏNİ SOYQIRIMI”

Ötən gün İrəvanın Respublika meydanında qondarma “erməni soyqırımı”nın 110 illiyinə həsr olunmuş “məşəl yürüşü” keçirildi. Erməni vandallar ənənəvi xislətlərinə uyğun olaraq yürüşdə Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. “Daşnaksütyun”un gəncləri Azərbaycan və Türkiyəni rəsmən hədələdi: “ermənilərin içindən yenə Tələt Paşa və Hilmi Paşanı qətlə yetirən Teyleryan və Şirakyan çıxacaq” dedilər, terrorun, türkə nifrətin həyat fəlsəfələri, dünyagörüşləri olduğunu sübut etdilər. Bu, türkün qanına necə susadıqlarının, Xocalı da daxil olmaqla, 150 ilə yaxındır azərbaycanlılara, türkə qarşı qətliamların açıq izharıydı! İkili standartların hökm sürdüyü dünyada bir ölkə, bir dövlət, bir konqresmen, senator, parlamentari bu çıxışı – İrəvanın göbəyində terrora çağırışı qınadımı? Kimsə buna qarşı etiraz etdimi? Xeyr. Əvəzində Fransa prezidenti Emmanuel Makron qondarma Erməni Soyqırımının 110-cu ildönümü ilə bağlı X mikrobloqunda ermənicə yazı paylaşdı. Haqq və Ədalət naminə fəaliyyətlərinə davam etməkdən dən vurdu. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi X-hesabındakı mikrobloqunda isə bu gün biz 110 il əvvəl dəhşətli soyqırımı zamanı qətlə yetirilən 1,5 milyon erməninin xatirəsini ehtiramla yad edirik – deyə paylaşım etdi. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə bir azda irəli gedərək Bu gün biz hər cür zorakılıq və dözümsüzlük hallarına qarşı ayıq-sayıq qalaraq 110 il əvvəl erməni soyqırımının 1,5 milyon qurbanının xatirəsini ehtiramla yad edirik – paylaşımını etdi. Məsələ burasındadır ki, bir ölkənin prezidenti, digərinin baş naziri və bu yalanı dəstəkləyən digər rəsmilər bəyəm bilmirlərmi ki, Ermənistan bu hadisələri soyqırımı kimi təqdim edir və bu iddianın beynəlxalq səviyyədə tanınmasına nə qədər çalışsada, Lakin bu hadisələr beynəlxalq hüquqa əsasən soyqırımı kimi tanınmır? Bu günə qədər heç bir beynəlxalq məhkəmə bu hadisələri hüquqi olaraq soyqırımı kimi tanımayıb. Bu gün demək olar ki, dünyanın hər yerində Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə dinc aksiyalar keçirilir. Belə aksiyalardan biri də Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında keçirilib. Aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan və digər türkdilli ölkələrin bayraqları ucaldılıb. Türklərə və azərbaycanlılara qarşı terror aktları pislənilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir. Türk düşmənçiliyini həyat qayəsinə, terroru yaşam tərzinə, türk qətliamını ideologiyaya çevirən bu hay tayfasına məncə bundan tutarlı cavab ola bilməz.