TARİXİ QUBADA TARİXİ ROMAN TƏQDİMATI

...Hər cığırın öz adı var. Hər cığır bir məna daşıyır. İnsan da, ya ömür boyu salınan cığırla gedir, bu zaman o, başqalarından fərqlənmir, ya da ilk dəfə öz cığırını, öz yolunu salır, digərlərini də arxasınca aparır, həm də başçıya, liderə çevrilir. Bu cümlələr də elə “Cığır”dandı. Amma bu cığır başqa “cığır”dı. Nə siz düşündüyünüz, nə də haqqında danışılan. Bu da bir başqadı. Öz izi, öz dəsti xətti olan. Bu “Cığır” tarixi romanlar yazarı, publisist, dramaturq Yunus Oğuzundur. “Cığır”ın Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində keçiriıən təqdimatı da özünəməxsus oldu. Kitab təqdimatında qubalı yazarlarla birgə 44 günlük Vətən Müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən qazilər və bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarının vlideynləri iştirak etdi. İştirakçıların hər birinə tarixi romanlar hədiyyə edildikdən sonra torpaqlarımızn azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin əziz xatirəsi yad edildikdən sonra tədbiri ilk giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açaraq yazıçı dramaturqun yaradıcığı haqqında tədbir iştirakçılarına bilgi verdi. Həmçinin vurğulandı ki, Azəbaycanın ictimai-siyasi tarixində Qubanın önəmli rol oynayıb. Azərbaycan Yazıçılar Birliyinin və Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, yazıçı, jurnalist, Varis Yolçuyev də Qubanı qəhrəmanlar diyarı adlanıdraraq “Cığır” tarixi romanın təqdimatının burada keçirilməsinin önəmindən danışdı. Bildirildi ki, Zəfər tarixinə adlarını öz qanlarıyla yazdıran şəhidlərimizin heç biri unudulmur və bu qəhrəman Azərbaycan oğullarının hər biri haqqında ayrı-ayrılıqda kitablar yazılacaq. Yazıçı, publisist, dramaturq Yunus Oğuzun “Cığır” tarixi romanın təqdimat törənində iştirak edən şəhid valideynləri Azərbaycanın tarixi həqiqətlərinin belə romanıar sayəsində daha oxunaq olduğunu bildirərək, belə romanların Zəfər yazan qəhrəman vətən oğullarının adlarının əbədiləşdirilməsi baxımından önəmli rol oynadığını qeyd ediblər. Təqdimat törəni Qubalı incəsənət nümayəndələrinin ifasında xalq mahnılarının səsləndirilməsi ilə davam edib.