TARİXİ ABİDƏLƏR – “ƏHMƏD YASƏVİ TÜRBƏSİ”, QAZAXISTAN

Əhməd Yasəvi türbəsi Qazaxıstanın cənub hissəsində hazırda Türküstan şəhərinin şimal-şərq kəsimində karvan yolu üzərində, keçmişdə Həzrət və daha sonra Yesi kimi tanınan qədim

yaşayış yerində tikilib. Türbə tarixi bir qala yaxınlığında, arxeoloji qazıntılar aparılan bölgədə yerləşir. Türbənin içində Əmir Teymurun sifarişi ilə hazırlanmış Taykazan yerləşir. Taykazan indi qazaxların birgəlik, bir ocaq başına yığışmaq kimi ailə dəyərləri simvoludur.