TARİXDƏN ZƏFƏRƏ DALĞALANAN BAYRAQ

Azərbaycan bayrağı Azərbaycan Respublikasıın rəsmi simvollarından biridir. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurası tərəfindən təsdiq edilib. Elə həmin ildə də bayraq haqqında hökumətin qərarı verilib. Həmin qərara əsasən üstündə qırmızı fonda ağ 8 guşəli ulduz və aypara təsvir olunan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin deyilirdi. Bu bayraq Osmanlı imperatorluğunun XIX əsrin 50- ci illərimədək mövcud olmuş qırmızı rəngli dövlət bayrağıdır. Daha sonra isə Azərbaycan bayrağının dəyişilməsi sualı qaldırıldı. Yeni lahiyə 3 ideyanı əks etdirməli idi. Türkçülük, İslamçılıq və müasirlik. Müəllifi isə Əli Bəy Hüseynzadə idi. İlk dəfə Azərbaycan bayrağı Parlament binası üzərində qaldırıldı. 1920-ci ilin aprelin 28- də Bakıda sovet hakimiyyəti quruldu və Azərbaycan SSRİ elan olundu. İlk dövrdə ağ 5 guşəli ulduz və ağ aypara təsvirli bayraqlardan da istifadə olunurdu. 1937- və 1952- cillər aralığında isə bayraq bir neçə dəfə görkəmini dəyişdi. Lakin 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti bayrağı milli hərəkatın kütləvi tədbirlərində istifadə olunmağa başladı. Bayraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan MR-da ulu öndər H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təsdiq edildi. 1991-ci il oktyabrın 18-də Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Və bu bayraq keçməkeçli yollar keçərək bizə əmanət oldu. Hər yerdə başını qaldırıb bu bayrağı görəndə onun mavi səmada necə dalğalandığını, sanki sənən bir sözü varmış kimi çırpındığını görürsən.Sənə deyir ki, mən türkəm. Bu türkçülüyü qoru, yaşat. Mən al qırmızı rəngimlə şərqdə müasirlik carçısıyam.Qadına ilk söz haqqı verən biriyəm. Mən islamam deyir. Humanist 1 dini özümdə əks etdirirəm. Ay ulduzum ilə şərqdə və Türk-İslam dünyasında qalxan ilk demokratik və dünyəvi bayrağam deyir. Həqiqətən də bu belədir. Bayrağımıza baxarkən, o bizə qədim bir tarixə malik olduğumuzu deyir.Müasir olun deyir, amma bu müasirlik düşüncənizdə və dünyaya baxışınızada olsun. Mən bu gün Füzulidə, Xankəndində, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Şuşada və ümumən Qarabağda dalğalanan bir bayrağam. {youtube}


{/youtube}