TALABIQIŞLAĞIN YOLU DÜZƏLİR

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Vəlvələ kəndində yeni məktəb binasının tikiləcəyi əraziyə baxış keçirmiş, aidiyyəti üzrə tapşırıqlar vermişdir. Sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Talabıqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.