TƏMİZLİK AKSİYASI KEÇİRİLİB

Çimərlik mövsümü bitsədə həmin ərazilərin tullantıları bitmək bilmir. Elə bu məqsədlə də mingəçevirli ekoloqlar tələbə gənclərlə birgə şəhər çimərliyində təmizlik aksiyası keçirib.

Monitorinq-aksiya Mingəçevir su anbarı hövzəsindəki çimərliklərdə gerçəkləşib. Ərazinin ekoloji-sanitar təmizliyi ilə əlaqədar sahil zolaqlarına baxış keçirən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları burada normadan artıq qalanqlanmış müxtəlif tullantılar aşkarlayıb. Sahilə atılmış tullantıların ən qısa müddətdə daşınıb götürülməsi üçün aidiyyatı qurum nümayəndələrinə xəbərdarlıq edilib. Ardınca təmzilik aksiyasında könüllü olaraq iştirak etmək arzusunda olan tələbə gənclərin iştirakı ilə böyük bir heyətlə aksiyaya qoşulan ekoloqlar çimərliyin və ümumən sahil zolaqlarının tullantılardan təmizlənməsi prosesinə başlayıb.