Bunlardan bir çoxu ölkəmizdə yeni məktəb binalarının tikilişi və yeni liseylərin açılışı ilə bağlıdır. Qubada bu il sentiyabrın 15-də “Fizika, Riyaziyyat və informatika təməyüllü liseyi”n filialı açılıb. Bu liseyin açılması ilə Xaçmaz və Qusardan şagirdlər həm təhsil almaq, həm də Qubada maraqlı yerləri gəzib görmək üçün gəlirlər. Liseyin Direktoru Kamran Əliyevin sözlərinə görə liseydə 186 şagirddən 26-sı Xaçmaz rayonundan 3 şagird isə Qusar rayonundan təhsil alır. Liseyin yeni olmasına baxmayaraq burda təhsil alan şagirdlər yeni liseylərindən razı qalıqlarını bildirirlər. Hal-hazırda 186 şagirdin təhsil aldığı lisey daha böyük uğurlar qazanmağı planlaşdırır. Bundan başqa liseydə təhsil alan şagirdlər Qubanın tarixi və turizm məkanlarını öz gözləri ilə yaxından görmək imkanı qazanacaqlar. Yeri gəlmişkən qeyd edək ki, onların yaxın günlərdə Qubadan yayımlanan və Azərbaycanın yeganə turizm və biznes kanalı olan Qafqaz TV-yə ekskursiyaları da planlaşdırılıb.