ADPU-nin Quba filialında təşkil olunan görüşdə Təhsil Nazirliyi yanında İctimai şuranın üzvləri, rayon təhsil şöbəsinin nümayəndələri,məktəb direktorları və müəllimlər iştirak ediblər.
Təhsil Nazirliyin fəaliyyətində şəffaflığın artırılması ,eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməyi əsas tutaraq yaradılan ictimai şuranın üzvləri region məktəblərində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində belə görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.Tədbirdə həmçinin müəllimlərin müraciətləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.Eləcədə təhsil sahəsində verilən mühum təkliflər araşdırılaraq reallaşdırılması üçün Nazirlik rəsmiləri tərəfindən nəzarətə götürülüb.Belə görüşlərin əhəmiyyətindən danışan Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev müəllimlər tərəfindən irəli sürülən təkliflərin Quba rayon Təhsil şöbəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.Görüşdə həmçinin ADPU-nin Quba filialındakı təhsilin mövcud vəziyyətindən ətraflı danışılıb və ali təhsil müəssisəsinə yeni ixtisasların verilməsi barədə təkliflər də səsləndirilib.Sonda onu da bildirək ki, Təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək məqsədi ilə yaradılan sözü gedən qurum Qubada təhsil sahəsində ki yeni,innovativ təkliflərin birbaşa olaraq Təhsil Nazirliyinə çatdırılacağını qeyd ediblər.