TƏBRİZDƏN AZƏRBAYCANA ZƏNGƏZUR DƏSTƏYİ

Təbriz şəhərində bir qrup güneyli milli fəal Azərbaycanın ərazi bütövlüyünün və Qarabağın suverenliyinin bərpasına dəstək məqsədilə plakatlar hazırlayaraq şəhərin müxtəlif yerlərinə yapışdırıblar. Habelə Təbriz sakinləri öz dəstəklərini göstərmək üçün Azərbaycan bayrağını dalğalandırıb və şəhərin müxtəlif yerlərində şüarlar yazıblar: “Bura Təbrizdir!”, “Qarabağ Azərbaycandır!”, “Zəngəzur Azərbaycandır!”