TƏBRİZDƏETİRAZLAR YENİDƏN ALOVLANDI

Təbrizdə narazı xalq prezidentin kortejinin qarşısını kəsib.Molla rejiminin təhlükəsizlik qüvvələri etirazçılara dəyənək və gözyaşardıcı qazla hücum etsə də,

azərbaycanlı etirazçılar İran prezidentinin kortejinin keçdiyi küçəni bağlayıb və onun keçməsinə mane olublar.“Azad İran” “Telegram” kanalının verdiyi bilgiyə görə, Rəisinin korteji etirazçıların müqaviməti nəticəsində istiqamətini dəyişmək məcburiyyətində qalıb.Habelə Güney Azərbaycanın Urmu şəhərində Ədliyyə İdarəsinin binası, Qəzvin əyalətində isə molla rejiminin xüsusi təyinatlı polis qərargahı  narazı kütlə tərəfindən partladılaraq yandırılıb.Xatırladaq ki, İranda etirazlar ötən ilin 16 sentyabrındaMəhsa Əmininin başörtüsünə görə saxlanılması və polis nəzarətində ölməsindən sonra başlayıb.Daha sonra isə rejim əleyhinə kütləvi hal aldı. İnsanlar rejimin getməsini tələb edirlər. Proseslərin gedişatı da onu göstərir ki, İranda vəziyyət daha əvvəlki kimi ola bilməyəcək.