TƏBRİZ POLİSİ ETİRAZÇILARIN TƏRƏFİNƏ KEÇDİ
Baxış sayı: 522
İranda etirazlar demək olar ki, bütün ölkəni bürüyüb. Dünən və bu gün iğtişaşlar ən azı 80 şəhərdə baş verib. Şəhərlərdən biri baş vermiş küçə döyüşlərindən sonra, tamamilə etirazçıların əlinə keçib. Baxmıyaraq ki, hakimiyyət represiyaları gücləndirib, ancaq ekspertlərin fikirincə 2009 – cu ildən bəri İranda belə geniş arealda etiraz aksiyaları görünməmişdi. İğtişaşlar zamanı onlarla etirazçı öldürülüb, tanınmış fəallar və jurnalistlər isə həbs edilib. Təbrizdə isə polis etirazçıların tərəfinə keçib. İran hökuməti artıq bir neçə şəhərə nəzarəti itirib. Maraqlı məqam isə odur ki, İranın demək olar ki, bütün əyalət və şəhərlərində etiraz aksiyaları keçirilir. Ancaq daha çox bu etirazlara Təbrizdə rast gəlinir. Polisin də dinc sakinlərə əsas həmlələri, məhz bu şəhərdədir. Bu isə istər – istəməz insanı daşandürür. Qeyd edək ki, İranda ani mesencerlər və sosial şəbəkələr üçün internetə çıxış hələ də bağlıdır. Bu səbəbdən də bu ölkədən gələn bilgilər saatlarla gecikir.