TÜRKSOY-UN YENİ BAŞ KATİBİ KOLLEKTİVƏ TƏQDİM OLUNUB
Baxış sayı: 681
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yeni Baş katibi Sultan Rayev TÜRKSOY-un kollektivinə təqdim olunub. Bu münasibətlə TÜRKSOY-un Mərkəzi Qərargahında rəsmi mərasim keçirilib.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən mərasimə TÜRKSOY-a üzv ölkələrin Türkiyədə fəaliyyət göstərən səfirləri də qatılıblar. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da mərasimdə iştirak edib.