TÜRKİYƏNİN GƏNCƏDƏKİ BAŞ KONSULU “QAFQAZ TV”DƏ QONAQ OLDU

Quba şəhərinə gələn Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk ölkənin ilk biznes və turizm kanalı olan Qafqaz televiziyasında da oldu. Baş konsulun Televiziyaya gəlişi tanışlıq məqsədi daşıyıb. Televiziyanın rəhbəri Eltən Törəçi qonağa “Qafqaz TV” nin fəaliyyəti barədə ətraflı məlumat verdi. Sonra hörmətli qonağa televiziyanın fəaliyyəti ilə yaxından tanış olması üçün, iş və çəkiliş otaqları göstərildi. Səmimi dəvətə görə minnətdarlığını ifadə edən Zəki Öztürk səfərdən məmnunluğunu ifadə edib.