TÜRKİYƏNİN DEMOKRATİYA VƏ MİLLİ BİRLİK GÜNÜ

15 iyul 2016-cı il tarixində Türkiyə xain bir çevriliş cəhdi ilə qarşı-qarşıya qaldı. FETÖ terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinə sızdırdığı adamları istifadə edərək dövlətə və dövlətin təmsil olunduğu dəyərlərə qarşı xain bir hücum cəhdi etdi. Prezident Administrasiyası, Türkiyə Böyük Millət Məclisi binaları bombalandı. İçərisində Türkiyə Radio Televiziya Qurumu qiyamçılar tərəfindən ələ keçirilməyə çalışıldı. Türkiyə Ankara və İstanbul səmalarında döyüş təyyarələriylə, yollarda tanklarla təhdid edildi. Ancaq xalq bu vəziyyətə laqeyd qalmadı. Minlərlə vətəndaş ölkə başçısının da çağırışıyla çevriliş cəhdinə qarşı çıxmaq üçün şəhər meydanlarına, küçələrə töküldü, ortaya canını qoyaraq tankların qabağına keçdi, vertolyotlardan açılan atəşlərə qarşı dayandı, birlikdə nadir rastlanan bir müqavimət göstərərək Vətəninə, dövlətinə, demokratiyaya sahib çıxdı. Türkiyənin ehtiyyatda olan generalı Yücel Karauz deyir ki, qiyamçılar çevrilişin qarşısının alına biləcəyini düşünmürdülər Xalqın mətanəti sayəsində Türkiyə dövləti çevriliş cəhdini uğursuzluğa düçar etsə də, bu uğurda 251 şəhid və yüzlərlə insan qazi olub. {youtube}
{/youtube}