TÜRKİYƏNİN BURSA ŞƏHƏRİNDƏ NİZAMİ GƏNCƏVİYƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAYIB
Baxış sayı: 1247
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə görülən tədbirlərin davamı olaraq Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın açılışı olub. İyulun 30-dək davam edəcək beynəlxalq konfrans bir neçə paneldən ibarətdir. Mərasim dünyanın altı ölkəsini təmsil edən yetmişdən çox nümayəndənin, o cümlədən görkəmli ədəbiyyatçıların və Nizamişünas tədqiqatçıların iştirakı ilə keçirilir.