Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.
Bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib. Bəhruz Əsgərovun sözlərinə görə, Azərbaycan təbii sərvətlərlə və tarixi abidələrlə zəngindir və bu, ölkəni turistlər üçün cəlbedici edir. Büro nümayəndəsi onu da xatırladıb ki, bu yaxınlarda Şamaxı şəhəri Türk Dövlətləri Təşkilatı tərəfindən 2023-cü ildə türk dünyasının turizm paytaxtı elan edilib.
{youtube}D0Y7fjxzvYA{/youtube}