TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARI NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB
Baxış sayı: 1113
Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb . Nazir qeyd edib ki, yanğınlar nəticəsində Marmaris vilayəti yaxınlığında daha bir nəfər ölüb. Xatırladaq ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.Bekir Pakdemirli yanğının söndürülməsi istiqamətində hazırda işlərin aparıldığını qeyd edib: “Türkiyədə 42 yanğın nəzarət altına alınıb, Antalya, Mersin və Adananın yer aldığı 21 yerdə isə yanğın davam edir”.