Son illər sürətlə iqtisadiyyatını və sənayesini inkişaf etdirən qardaş ölkə Türkiyə daha bir uğura imza atdı.Türkiyənin Kocaeli vilayətinin Gebze şəhərində istehsal olunan və ölkənin ilk avtomobil markası olan “Devrim”in təqdimatı keçirilib.
Nəqliyyat vasitəsini “Türkiyə Avtomobil Təşəbbüs Qrupu" (TOGG - Türkiye Otomotiv Girişim Grubu) ərsəyə gətirib.Təqdimat zamanı səhnədə 2 avtomobil nümayiş olunub.Avtomobillərdən biri SUV, digəri isə sedandır.100% elektriklə işləyəcək avtomobil 500 km qədər məsafə qət edə biləcək.Ümumilikdə avtomobil 30 dəqiqə ərzində 80% enerji yığacaq.Məlumatda qeyd olunur ki, avtomobillərin kütləvi istehsalına 2022-ci ildə başlanacaq. Bu məqsədlə Bursada zavod qurulacaq. “Devrim” SUV sinfindən,qabaqcıl texnologiyalara söykənməklə,bütövlüklə elektrik mühərriklə təchiz olunub.Avtomobil 200 və 400 at gücündə olmaqla iki variantda buraxılacaq.Onunla bir dəfə enerji yükləməklə 300 km və 500 km getmək mümkün olacaq.Təqdimat mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra yeni avtomobilin sükanı arxasına keçərək rəmzi olaraq dövlət başçısı kimi ilk sifarişini də verib.