TÜRKİYƏDƏ GÜCLÜ ZƏLZƏLƏ OLUB
Baxış sayı: 44
Türkiyənin cənub-qərb sahilində 5,8 bal gücündə zəlzələ olub. Bu barədə AFAD bilgi yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də bu Bakı vaxtı ilə 03:17 edir, qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib. Zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirilib. Muğla valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin isə yaralandığını açıqlayıb. O, dağıntıların olmadığını qeyd edib. Zəzləzlə zamanı ölən şəxsin kimliyi də bəlli olub. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
“Zəlzələ zamanı Muğla şəhərinin Fəthiyə rayonunda 14 yaşlı Əfranur Günlü panik atak keçirib. O, xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq, təəssüf ki, həyatını itirib”, - deyə nazir əlavə edib.