TÜRKİYƏ MÜHARİBƏNİ DAYANDIRMAQ ÜÇÜN İŞLƏRƏ BAŞLADI

“Rusiya ilə Ukrayna arasında sülh razılaşması olarsa, bu, İstanbulda baş verəcək”. Bu barədə “Yeni Şafak” hərbi mənbələrə istinadla xəbər verib. Bildirilir ki, 500 gündən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsində ilk gündən tərəflərlə danışıqlar apara bilən yeganə ölkə Türkiyə olub. “Rusiyanın indiki reallıqda başqa yerdə müqavilə bağlamasının ehtimalı yoxdur. Türkiyənin hər iki tərəflə danışa bilən yeganə ölkə olması bu ehtimalı gücləndirir”, - deyə mənbədən vurğulanıb. Onlar Türkiyədə mümkün sülh danışıqlarını Moskvanın da alqışlayacağına işarə ediblər. Qeyd edək ki, Hərbi mənbələr Putinin Türkiyəyə gözlənilən səfərinin bu prosesin Ankaranın liderliyi ilə davam edəcəyinin açıq göstəricisi olduğu qənaətindədirlər.

{youtube}pCxTnPMHe1E{/youtube}