TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANA DƏSTƏK OLACAQ

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranması üçün tarixi fürsət pəncərəsi açılmışdır. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.Ərdoğan Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu xüsusi vurğulayıb.Türkiyənin dövlət başçısı onu da diqqətə çatdırıb ki, bölgədəki kommunikasiyaların ən qısa zamanda açılması hər kəsin maraqlarına uyğun olacaq.