TÜRKİYƏ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇIR ?
Baxış sayı: 487
Yaxın vaxtlarda Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələrinin görüşü planlaşdırılır. Bu görüş zamanı birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasına dair razılaşmaların həyata keçirilməsinə dair məsələlər müzakirə olunacaq. Bu barədə planlaşdırılır. Qafqaz TV “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib. Yaxın vaxtlarda “Ermənistan və Türkiyənin müvafiq qurum nümayəndələrinin sərhəddə keçiriləcək görüşündə iyulda əldə olunmuş razılaşmaların icrası müzakirə ediləcək. Söhbət hava yolu ilə birbaşa yükdaşımaları və üçüncü ölkə vətəndaşları üçünü sərhədlərin açılmasından gedir”, - XİN rəsmisi əlavə edib. O, həmçinin qeyd edib ki, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünə dair razılaşma yoxdur.Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada Ermənistan Baş Naziri Nikol Paşinyanla görüşü zamanı sərhədlərin açılması üçün Azərbaycanla aranızda sülh müqaviləsini imzalayin. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz – demişdi.