TÜRK DÜNYASINA AĞIR İTKİ

“Mən çox sual verərdim. Şox şeylə maraqlanardım. Bu insanı çox inkişaf etdirir. Çünki suallar vermək sizi düşünməyə, araşdrımağa sövq edir.” Belə düşünürdü. Bir də Türk milli kimliyinə bağlı, bütün Türk dövlətlərini birgə görmək istəyirdi. Gördüdə. Bu yolda rolu da çox oldu. Hələ Türk dünyası üçün görəcəyi işlər çox idi. Amma əcəl aldı, yer gizlədi. Fani dünya bütün türk dünyasının sevimlisi, türk ellərinin Asenasına da qıydı. 28 sentyabr 2023-cü ildə müalicə aldığı xəstəxanada bu dünyaya əlvida deyib, tanrı dağına yol aldı. Türk dünyasının ziyalı qızı Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunda doğulmuşdu. Azərbaycan Dövlət Tibb Universitetinin “Pediatriya” fakültəsini və Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirmişdi. Rus və ingilis dillərini səlist şəkildə bilirdi. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor idi. 20-dən artıq elmi, publisistik kitabı, romanı, yüzlərcə məqalələri var. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi. Bir də ki, Millət Vəkili adını şərəflə və qürurla daşıyan bir millət vəkili və Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. Qısa zaman ərzində bu qədər işlərə imza atan şəxsin saysız-hesabsız mükafatları da vardır əlbəttə ki. Xatırladaq ki, sentyabrın 23-dən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 28 sentyabr-2023-cü il tarixdə müalicə aldığı klinikada dünyasını dəyişən millət vəkili II Fəxri xiyabanda dəfn edilib.