TÜRK DÜNYASI BAKIDA TOPLANDI

Beynəlxalq Muğam Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu

və ilk başkanı, xalqlararası “ALAŞ” ədəbi ödülü laureatı şair Əkbər Qoşalının 50 illik yubileyi qeyd olunub. Milli Məclisin Mədəniyyət Komitəsinin xətti və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirılən tədbir, şairin “Seçilmiş əsərləri”nin birinci cildinin təqdimatı ilə başladı.Yubiley törənində ilk çıxışı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva etdi. O, Əkbər Qoşalını uzun illərdən bəri tanıdığını və son vaxtlar birgə çalışdığı Əkbər bəyin işgüzarlığından, səmərli fəaliyyətindən, müsbət keyfiyyətlərindən danışdı. Qənirə xanım Əkbər Qoşalını türk dünyasına körpü salan şəxs adlandırdı. Sonra çıxış edən Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev gənc dostunu təbrik edərək ona ömrünün növbəti mərhələsində də uğurlar arzuladı. Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu yubilyar haqqında ürək sözlərini çatdırdı, təmsil etdiyi yaradıcılıq təşkilatının təbrik məktubunu təqdim elədi. Daha sonra çıxış edən Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rkail Zəydullanın, İraqdan təşrif buyuran Şəmsəttin Kuzəçinin və digər  yerli və xarici qonaqların  çıxışları alqışlarla qarşılandı. Yubiley törənində iştirak etmək üçün ölkəmizə türk dünyasının ünlü söz adamları və nüfuzlu diaspor nümayəndələri gəmişdilər. Sözlə musiqinin vəhdət təşkil etdiyi məclisdə Əməkdar artist, xanəndə və pedaqoq Nuriyyə Hüseynova, müğənnilər Çilənay Hüseynova və Sərxan Bünyadzadə, Fəraim Sadiqin Əkbər Qoşalının sözlərinə bəstələdiyi mahnıları ifa etdilər. Aktrisa Zemfira Əbdülsəməd yubilyarın şeirini səsləndirdi Aşıq musiqisi, “Folklor” ansamblının çıxışı və qiraətçinin səsləndirdiyi şeirlər isə gecəyə xüsusi gözəllik verdi. Biz də Qafqaz TV-nin bütün yaradıcı birliyi adından yaxın dostumuz şair- publisist Əkbər Qoşalının 50 illik yubileyini qutlayır və ona bundan sonra da yeni – yeni yaradıcılıq uğurları diləyirik.

{youtube}QOJ8C5Nyhtg{/youtube}