TÜRK DÖVLƏTLƏRİ LİDERLƏRİ AZƏRBAYCANA BAŞSAĞLIĞI VERDİLƏR
Baxış sayı: 55
Türk dövlətləri liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı veriblər. Qafqaz TV bildirir ki, ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatı, həmçinin bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər. Xatırladaq ki, Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.