SUXTAKƏLƏ KƏNDİNİN İLK ŞƏHİDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 782
			
	
        
		
			
		
		
	
	
		Nəsirovlar ailəsinin son beşiyi idi Müşfiq Əjdər oğlu Nəsirov. Evin son beşik  övladı olmasına baxmayaraq dəcəllik etməz, elə uşaq yaşlarından qarşısına qoyduğu məqsədlər uğrunda çalışardı. İstəklərini ailə üzvlərindən saxlamaz, hər arzusunun planını onlarla bölüşərdi. Əsas da bacılarından. Amma yaxınları xəbərsiz idi ki, Müşfiqin onlara demədiyi bir arzusu da olub qəlbində. Bunu biləndə isə…
    
        
                    
            
	
	
				
				
		
	
	
				