SUXTAKƏLƏ KƏNDİNİN ŞƏHİDİ ANILDI
Baxış sayı: 476
Azərbaycan Ordusunun əsgəri şəhid Müşfiq Nəsirovun anım günü onun doğulub boya başa çatdığı Quba rayonun Suxtakələ kəndində məzarı başında qeyd edildi. 19 yaşlı şəhidi məzarı başında ailə üzvləri ilə bərabər Quba rayon İcra Hakimiyyəti başçısı aparatı nümayəndələri, şəhidlərin valideynləri və ailə üzvləri, müxtəlif rəsmi qurumların nümayəndələri, eləcə də kənd sakinləri də andılar. Kəndin ən yüksək yerinə torpağa tapşırılan şəhid Müşfiq Nəsirovun məzarı üstünə gül dəstələri düzüb ruhuna dualar oxudular. Şəhidin anım günüdə bir daha yad edənlər onun hərbi xidmətə, vətən qarşısında borcunu ödəməyə Vətən Müharibəsi başladıqdan sonra, 2020-ci ilin oktyabrında getdiyini vurğuladılar. Bildirdilər ki, Vətən Müharibəsi bitdikdən sonra da torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq əsgərlərimizlə birgə Azərbaycan-ermənistan sərhədində xidmətini davam etdirib.
Azərbaycan Ordusunun 19 yaşlı şəhid əsgərini məzarı başında yad etdikdən sonra kəndlərində onun xatirəsinə ucaldılan bulaq da ziyarət edildi.
Xatırladaq ki, Müşfiq Nəsirov 22 dekabr 2021-ci ildə Qubadlı rayonunun Hal kəndi ərazisində komandirinin döyüş təminatı ilə bağlı tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.