SULTANBEKOV VƏ ŞOTO AZƏRBAYCAN SƏHNƏSİNDƏ

Noqay dombra ifaçısı Arslanbek Sultanbekov və Bosniya-Hersoqoviniyalı virtuoz Zeyd Şotonun paytaxt Bakıda konserti olub. Bakı Yunus Əmrə İnstitutunun Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi “Notların Səyahəti” adlı konsertdə Sultanbekov və Şoto azərbaycanlı sənətsevərlərlə görüşüb. İki sənətçinin birgə ifası ilə müxtəlif mədəniyyətlərin ritm və melodiyalarının bir araya gətirildiyi konsertdə Yunus Əmrənin ilahiləri, türk və bosniya xalq mahnıları, melodiyalar və mahnılar səsləndirilib.Zeyd Şoto və Arslanbek Sultanbekov eyni notların izləri ilə konsertə gələnləri musiqi səyahətinə çıxardılar. Etnik və müasir alətlərdən ibarət orkestrlə səhnəyə çıxan sənətçilərimiz Balkanlardan Anadoluya, Anadoludan Orta Asiyaya qədər bu torpaqların melodiyalarını Azərbaycan səhnəsinə gətirməyi bacardılar. Mədəniyyətimizin bir parçası olan musiqimiz coğrafiya genişləndikcə mahiyyətindən, kimliyindən heç nə itirmədən dəyişib, rəngarəngləşib. Əsrlər boyu eyni yolla, mədəniyyətimizin, incəsənətimizin izlərində bəşəriyyətin doğulduğu bu torpaqlara notlarımız həyat verib.Sanki, Balkanlardan Anadoluya, Anadoludan Orta Asiyaya qədər bu diyarların etnik, qədim və müasir alətləri, melodiyaları sənətçiləri bu konsertdə Notlar Yolunda görüşürdü.