Yay mövsumu turistlərə çeşidli turizm xidmətləri, ən müxtəlif turlar təklif edilir. Ancaq elə həvəskarlar da var ki, onlar ya artıq bazarda təklif edilən turların hamısı ilə, əksəriyyıəti ilə tanışdılar ya da təklif edilən turlar arasında özlərinə maraqlı, uyğun tur tapa bilmirlər. Və bu təlabatı ödəmək üçün, bu məqamda ortaya çıxan xidmət də elə məhz sifarişlə turların hazırlanmasıdır.
Bu biznesin əsas prinsipi – “Müştərinin istəyi qanundur” prinsipidir. Yəni müştəri, potensial turist sizə haralara, hansı yerlərə getmək istədiyini, nələr görmək istədiyini, bunu nə zaman, hansı zaman kəsiyində etmək istədiyini, tura əlavə xidmətlər kimi nələrin daxil edilməsini, məsələn qidalanmanı, yatacaq yeri ilə təmin olunmağı, piknik təşkil edilməsini və ya çadır qurulmasını və sair irili xirdalı xidmətlərin əlavə edilməsini istəyitsə, iş adamının vəzifəsi bütün bu istəkləri nəzərə alıb, müştəri üçün onun istəklərini və gözləntilərini təmin edən, aləvə xidmətləri ilə birgə ayrıca, fərdi bir tur marşrutu hazırlamaq və bunu müştəri üçün çəlbedici, sərfəli bir qiymətə ona təqdim etməlidir.
Müştərilər isə müxtəlif olar, bir nəfərdən tutmuş, ailələrə, şırkətlərin öz əməkdaşları üçün təşkil etdikləri korparativ turlara qədər.
Bəs bunu ən yaxşı kim edə bilər? Kim bazardakı təlabatı öz biznes təklifi ilə təmin edib, qazanc əldə edə bilər?
Əlbətdə ki sız, turizm bölgəsində yaşayan, müştəriyə təklif etmək üçün beynində başqalarının bilmədiyi onlarla, bəlkə də yüzlərlə gəzməli görməli yerlərin seçimi olan, bu yerləri tanıyan, bu yerlərə təhlükəsiz, asan və sərfəli şərtlərlə yetişməyi təmin edə biləcək yerli sakin.
Beləliklə sifarişlə fərdi turlar hazırlamaq biznesi tam sizin üçündü, bu işlə məşğul olub, əlavə gəlir əldə etmək istəyirsinizsə buyurun, elə indidən başlayın.
Yeni biznes ideyanız uğurlu olsun.