SİBİR TÜRKLƏRİ AYAĞA QALXDI

Rusiyanın Saxa Respublikasında səfərbərliyə etiraz olaraq aksiya keçirilib. Qadınların çoxluq təşkil etdiyi aksiyada təxminən 400 nəfər iştirak edib. Etirazçılar müharibəyə yox, soyqırıma yox şüarları səsləndiriblər. Qeyd edək ki, polis aksiyanı dağıdıb. Etirazçılar arasında həbs edilənlərin olduğu bildirilir. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21 – də ölkədə qismən səfərbərlik elan edib. Bundan sonra demək olar ki, Rusiyanın hər yerində etirazlar başlayıb.