SERGEY LAVROV SÜLH ÜÇÜN BAKIYA GƏLƏCƏK
Baxış sayı: 430
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran vardırsa bu, ABŞ başda olmaqla qərb dövlətlərinin özüdür. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. Habelə Zaxarova əlavə edib ki, hazırda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir. Təfərrüatlar səfər razılaşdırıldıqdan sonra açıqlanacaq. Nazirliyin rəsmisinin sözlərinə görə, Moskva, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına fəal yardım göstərir. Rusiya XİN-in rəsmisi onu da vurğulayıb ki, bəyənnamənin müdəlarının həyata keçirilməsi istiqamətində Azərbaycanla iş aparılır. Və sənədin imzalanmasının ildönümü ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.