SELFİ ÇƏKMƏYİN TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Sakinləri selfi çəkdirmək istəyərkən ən çox ölən və ya ağır yaralanan ölkələrin siyahısı açıqlanıb. “Journal of Travel Medicine and Global Health” elmi portalının təqdim etdiyi siyahıda ABŞ birinci yerdədir. İkinci və üçüncü yerləri ardıcıl olaraq Hindistan və Rusiya paylaşır. Mütəxəssislər bu məlumatları 2008-ci ildən, ön kameralı smartfonların aktiv buraxılışı başlayandan təhlil ediblər.Bəs ölkəmizdə vəziyyət necədir ?