SARIQAMIŞ ŞƏHİDLƏRİ ANILIB

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü, bəstəkar Fərahim Sadiqin təşəbbüsü və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə “Sarıqamış” hərakatının 108-ci ili ilə əlaqədar «Gəncliyə Yardım Fondu»nda tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin Dövlət Himləri səsləndirilib. Tədbirin açlışın edən İctimai Birliyinin sədri Füzuli Rzaquliyev iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. O, həmçinin qeyd edib ki, biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili və soyu bir olan millətik. Füzuli Rzaquliyev çıxışının aonunda “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” şüarını səsləndirib. Tədbirin təşəbbüskarı, bəstəkar Fərahim Sadiqi Sarıqamış faciəsi haqqında iştirakçılara geniş bilgi verib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı , Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşfiq Əliyev , Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair- publisist Əkbər Qoşalı, AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov, Əməkdar artist Fərqanə Qasımova,Qarabağ Qaziləri ictimai birliyinin sözcüsü qazi Rey Kərimoğlu , AVMVİB Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev, Şairə-publisist Nəsibə İsrafilqızı, İB-nin rayon şöbələrinin sədr və üzvləri, Türkiyədən gələn qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı bildirib ki, 1915-ci il yanvarın ilk günlərində baş vermiş Sarıqamış faciəsi, Osmanlı tarixində tayı-bərabəri olmayan, tükürpədici faciə olaraq yadda qaldı. Bir güllə atılmadan belə məğlubiyyətlə sonuclanan bu savaşın şahidləri və şəhidləri buz heykəllərə çevrildilər. Sarıqamışda yaşananlar təkcə Türkiyəni deyil, qardaş Azərbaycanı da sardı. Sonra “Sarıqamış” şəhidlərinə həsr olunmuş «Elegiya» filimi nümayiş olunub. Şəmistan Əlizamanlı Azərbaycan Türkiyə mahnısını, AVMVİB-in Fəxri üzvü, Vətənpərvər mahnıların bəstəçisi bəstəkar Fərahim Sadiq və İB-nin Zəngilan rayon şöbəsinin əməkdaşlarının birlikdə hazırladığı “Əsgərnamə” elegiyasını ifa ediblər. Sonda bir qrup tədbir iştirakçısına Fəxri Fərmanlar təqdim edilib.