Gecə saatlarında Mingəçevirə yağan güclü yağış Heydər Əliyev prospekti
və İslam Şərifzadə küçəsindəki yolları keçilməz edib. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yollarda çayı xatırladan mənzərə yaranıb. Havanın kəskin dəyişməsi şəhərin elektrik təhcizatında da fasilələrin yaranmasına səbəb olub. Səhər saatlarında isə artıq başqa bir mənzərə müşahidə olunmağa başlayıb. Gecə saatlarındakı sel suyundan artıq əsər-əlamət qalmayıb. Yağntıynan əlaqədar Mingəçevir şəhər fövqəladə hallar komissiyasının iclası da keçirilib. Yağıntı düşən yerlərdə əlavə tədbirlərin görülməsi ilə bağlı məsələlər müzakirə edilib.
{youtube}EwOd39N1J2w{/youtube}