Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası sahibkarlara müraciət edib. ASK-dan bildirilib ki, avqustun 25-də İranda əl işi xalçası sərgisi açılacaq.
Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgini ziyarət etmək üçün İrana səfərə dəvət olunurlar. Dəvət olunan şəxslərin İranda oteldə qalmaq, qidalanma və nəqliyyat xərcləri tədbirin təşkilatçıları tərəfindən ödəniləcək. "Qədim Quba özəl xalça müəssisəsinin" rəhbəri Humay Məmmədovanın sözlərinə görə bu qədim xalça çeşnələrimizn tanıdılması üçün böyük fürsətdi. Müəssisə rəhbərinin sözlərinə görə o İranda və digər ölkələrdə təşkil olunana belə sərgilərdə dəfələrlə iştirak edib. Belə sərgilərdə “Azərbaycan xalçası” yazılan stendləri görmək isə qürur verir