SƏYAHƏTİN İNSAN HƏYATINA FAYDALARI NƏLƏRDİR?

Səyahət etməklə özünüzü xoşbəxt hiss edə bilərsiz. Səyahət etmək yeni mədəniyyətlər, ləzzətlər, inanclar, hobbilər, bilgilər deməkdir. Səyahət etmək sağlamlığımızı və ruhumuzu yeniləyə biləcək ən əyləncəli yollardan biridir. Bəs səyahət etmənin başqa nə kimi faydaları var?

Dünyaca məşhur yazarların, sənətçilərin, səyahətin insana bir çox baxımdan faydalı olmasını dilə gətirdiyini dəfələrlə müşahidə etmişik. Fürsət tapdığımız hər anı gəzərək, kəşf edərək, dünyagörüşümüzü genişlədərək qiymətləndirmək həm fiziki həm də ruhi baxımdan bir çox müsbət təsirlərə malikdir. "Bir az uzaqlaşmaq yaxşı gələcək!" sterotipinin doğruluğu araşdırmalarla sübut edilib. Həmişə eyni yerdə yaşamaqdan bezən, ailəsi ilə özəl günlərini, dostları ilə əylənmək istəyən bir çox insanın ilk ağlına gələn olduğu yerdən uzaqlaşmaq və fərqli bir mühitə getmək olur. Araşdırmalara görə ildə bir neçə dəfə səyahət edən insanlar, səyahət etməyənlərə nisbətən depressiya və stress kimi neqativ psixoloji vəziyyətlərə çox az düşürlər. Üstəlik səyahət etmənin faydalarını qısa müddətdə hiss etmək olur. Tətilin ilk günlərində stressin yüzdə 90 nisbətində azaldığı müşahidə olunmuşdur. Səfərin təşkili, xüsusilə tək səyahət edənlərin özlərinə bir yol xəritəsi çəkməsi, özləri ilə götürəcəkləri əşyaları təyin etməsi, qısa müddətdə qərar qəbul etmələr insanın ruhunu inkişaf etdirərək özgüvənini artırır! Özünə inamı yüksəldən bu kimi hallar nəticəsində adamın xəyal gücü və yaradıcılığı da artır. Səfər əsnasında bir çox yeni insanlarla tanış olub, tam fərqli dünyaların qapılarını açırsınız. Bir çox insanlarla söhbət edərək bir-birindən fərqli mədəniyyətlərdən xəbərdar olursunuz. Bunun sayəsində həm empatiya qurma imkanlarınız genişlənir, həm də insanları mühakimə etmək, həmçinin özünüzdən fərqli görünəni qınamaq kimi mənfi xüsusiyyətlərdən uzaqlaşırsınız. Tez-tez səyahət edən insanlar daha çox gülümsəyir, hadisələrə həmişə müsbət istiqamətlərindən yaxınlaşırlar. Mükəmməl mənzərələr görüb, gözəl ləzzətlər dadan, davamlı fərqli insanlarla tanış olan insanlar necə özünü xoşbəxt saymaya bilər ki? Tanınmış Fransız yazıcısı Emile Zola zamaninda səyahət haqqında belə demişdi: “Heç bir şey, zəkanı səyahət etmək qədər inkişaf etdirə bilməz.