SƏRHƏD-KEÇİD MƏNTƏQƏLƏRİNDƏ SƏRF OLUNAN VAXT VƏ XƏRCLƏR AZALACAQ

BMT-nin qlobal gömrük tranzit sistemi “TIR Konvensiya”nı imzalayan 76 ölkə xarici ticarəti və malların sərhədlər boyunca maneəsiz hərəkətini asanlaşdırmaq üçün bu il fevralın 5-də əməliyyatların online intermodal layihə “eTIR” sistemi üzərindən aparılması barədə razılığa gəliblər.

Yeni sistem hər il, təxminən, 1-3,5 milyon yük maşınının sərhədlərdən sürətli keçidini təmin edəcək. 2017-ci ildən İran-Türkiyə, Gürcüstan-Türkiyə arasında “eTIR” sistemi çərçivəsində pilot layihələr həyata keçirən təşkilat Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna arasında intermodal layihənin həyata keçirilməsini ilə bağlı müzakirələr, Azərbaycanla İran arasında isə eTIR- layihəsi hazırlıq mərhələsindədir. Xatırladaq ki, 34 min nəqliyyat və logistika şirkəti tərəfindən istifadə edilən “eTIR” sistemi, sərhəd-keçid məntəqələrində sərf olunan vaxtı təxminən 80%, xərcləri isə 38%-ə qədər azaldır.